Neftin qiyməti 53 dolları hədəf alıb
- 09.06.2016, 10:38,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Dünya birjalarında neftin bahalaşması davam edir.
APA xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,28 dollar artaraq 51,51 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,17 dollar artaraq 52,68 dollar olub.
Neftin bahalaşmasına səbəb ABŞ-da kommersiya ehtiyatlarının azalmasıdır. Belə ki, Energetika Nazirliyinin açıqladığı statistikaya əsasən, ABŞ-da kommersiya neft ehtiyatları proqnozlaşdırıldığı kimi 2,5 mln. barrel deyil, 3,2 mln. barrel azalıb.
Üstəlik, dollara təzyiq neftin bahalaşmasını sürətləndirir.