Sumqayıt-Bakı elektrik qatarının şüşələri sındırılıb
- 10.06.2016, 13:06,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Sumqayıt-Bakı elektrik qatarının şüşələri sındırılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 8-də Sumqayıt-Bakı elektrik qatarının 2 pəncərəsinin şüşələrini daşla sındıran Biləcəri qəsəbə sakinləri olan 2 azyaşlı saxlanılıb.
Onların izahatları alındıqdan sonra özlərinə və valideynlərinə xəbərdarlıq edilərək buraxılıblar.