Bakıda 10 gün əvvəl avtomobillə 13 yaşlı qızı vuraraq öldürən şəxs həbs edilib
- 18.06.2013, 16:44,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakının Azadlıq meydanında 10 gün əvvəl idarə etdiyi avtomobillə 13 yaşlı qızı vuraraq öldürən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
APA-nın Baş Prokurorluğun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, iyunun 9-da saat 23:00 radələrində Bakı şəhər sakini Zeynalov Əbil Abbas oğlu idarə etdiyi özünə məxsus “Mercedes Benz” markalı, 90-FL-003 dövlət qeydiyyat nişanlı avtomobillə paytaxtın Neftçilər prospektində hərəkətdə olarkən yolu keçmək istəyən İsmayılova Tahirə Ələkbər qızını vuraraq xəsarət yetirib, sonuncu aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Ə.Zeynalov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunub və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə istintaq davam etdirilir.