Azərbaycanda azyaşlı uşaq yük maşının altında qalaraq ölüb

Qubada azyaşlı uşaq faciəli şəkildə ölüb.


Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə iyunun 17-də Qubanın Alpan kəndi ərazisində qeydə alınıb. Kənd sakini Samir Səfərov “KamAZ” markalı avtomaşını hərəkətə gətirərkən qonşuluqda yaşayan azyaşlı Cəsur Xəlilov təkərin altında qalaraq ölüb.



Faktla bağlı Quba Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri