Nanə Ağamalıyeva yeni fotosessiyada
- 11.06.2016, 19:08,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
ATV telekanalında yayımlanan, ölkənin ən baxımlı verilişlərindən olan “Nanəli”nin ideya müəllifi və aparıcısı Nanə Ağamalıyeva yeni fotosessiya etdirib.
Uzun ətəkli libası ilə göz oxşayan Nanə Ağamalıyevanın saç düzümü və vizajı stilist Elnur Həsənova məxsusdur.
Peşəkar fotoqraf Ratmir Şərifovun fotokamerası qarşısına keçən sevimli aparıcının geyiminin müəllifi modelyer Ayla Səfərovadır.
Saytımıza açıqlama verən teleaparıcı bu modelyerlə birgə çalışmasından məmnun olduğunu bildirib.
“Ayla Səfərova çox istedadlı xanımdır. Onun zövqünə heyranam. Dəbdə olan ən brend parçalardan ərsəyə gətirdiyi bütün libaslar, sözün həqiqi mənasında, bir sənət əsəridir. “Nanəli” verilişinin hər bir çəkilişi üçün mənə özəl geyim hazırlayır. Gözəlliyimə, gözəllik qatan bu istedadlı modelyerlə çalışmaq olduqca xoşdur”, - deyə Nanə Ağamalıyeva bildirib.