Almaniya kəşfiyyatı ölkəyə gəlmiş İŞİD üzvü olduğu ehtimal edilən şəxslərin siyahısını aşkarlayıb

Almaniyanın kəşfiyyat xidməti 2013-2015-ci illərdə İŞİD-in nəzarətində olan ərazilərə səfər etmiş, sonradan isə səhhətlərindəki problemlərə və ya ailələrinə görə həmin əraziləri tərk etmiş yüzlərlə şəxs barədə məlumatlar müəyyən edib.

APA-nın “Spiegel” jurnalına istinadən verdiyi xəbərə görə, həmin siyahıda İŞİD-in sıralarını tərk edərək Almaniyaya dönmüş 20-dək ölkə vətəndaşının da adı yer alıb. Nəşr qeyd edir ki, qeyd olunan şəxslərdən bir neçəsi İŞİD-dən qovulub.

Həmin şəxslərdən bir neçəsinin Almaniyaya qayıtma səbəbləri arasında planlaşdırılan hücum və “gizli missiya”nın da olduğu ehtimal olunur.

Aşkarlanan sənədlərin orijinallığı və mənşəyi müəyyən edilir.
Şərhlər
Dünya bölməsinin xəbərləri