Türkiyə milli komandası Avropa çempionatına məğlubiyyətlə başlayıb

Türkiyə milli komandası Fransada keçirilən futbol üzrə Avropa çempionatına məğlubiyyətlə başlayıb.

APA-nın məlumatına görə, bu gün Türkiyə və Xorvatiya millilərinin qarşılaşması ilə “D” qrupunda oyunlara start verilib.

İsveçli baş hakim Conas Erikssonun idarə etdiyi matçın ilk hissəsinin 41-ci dəqiqəsində Xorvatiya millisinin oyunçusu Luka Modriç hesabı açıb. İkinci hissə qarşılıqlı hücumlarla keçsə də, tərəflərin heç bir fərqlənə bilməyib.

Bununla da Türkiyə millisi “D” qrupunda ilk oyunu məğlub olub.
Şərhlər
İdman bölməsinin xəbərləri