Abşeron rayonunda 16 yaşlı oğlan su kanalında batıb
- 13.06.2016, 10:17,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Abşeron rayonu, Ceyranbatan qəsəbəsində su kanalında çimərkən batmış 2000-ci il təvəllüdlü Xəlilov Rəşad Mahir oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
APA-nın FHN-nin saytına istinadən verdiyi məlumata görə, əməliyyat saat 06:33-də başa çatıb.
***
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Abşeron rayonu, Ceyranbatan qəsəbəsində 1 nəfərin su kanalında batması barədə məlumat daxil olub.
APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri axtarışlara başlayıb.
Əlavə məlumat veriləcək.