Xorvatiya, Polşa və Almaniya qələbə ilə başladılar
- 13.06.2016, 10:25,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyə milli komandası Fransada keçirilən futbol üzrə Avropa çempionatına məğlubiyyətlə başlayıb.
Türkiyə və Xorvatiya millilərinin qarşılaşması ilə “D” qrupunda oyunlara start verilib.
İsveçli baş hakim Conas Erikssonun idarə etdiyi matçın ilk hissəsinin 41-ci dəqiqəsində Xorvatiya millisinin oyunçusu Luka Modriç hesabı açıb. İkinci hissə qarşılıqlı hücumlarla keçsə də, tərəflərin heç bir fərqlənə bilməyib.
Bununla da Türkiyə millisi “D” qrupunda ilk oyunu məğlub olub.
"C" qrupunda Polşa millisi Şimali İrlandiya yığması ilə qarşılaşıb.
Polşa komandası 1:0 hesabı ilə rəqibini məğlub edib.
Görüşdə yeganə qolu 51-ci dəqiqədə Arkadius Milik vurub.
"C" qrupunun digər oyununda Almaniya millisi Ukrayna yığması ilə qarşılaşıb.
Almaniya komandası 2:0 hesabı ilə rəqibini məğlub edib.
Görüşdə qolları Şkodran Mustafi (19 dəq.) və Bastian Şvaynştayger (90+2 dəq.) vurub.
Avropa çempionatı
Qrup mərhələsi
12 iyun
C qrupu
Almaniya – Ukrayna - 2:0
Qollar: Mustafi, 19, Şvaynştayger, 90+2.
Polşa – Şimali İrlandiya - 1:0
Qol: Milik, 51