Azərbaycan prezidenti Barak Obamaya başsağlığı verib

Azərbaycan prezidenti Barak Obamaya başsağlığı verib Azərbaycan prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obamaya başsağlığı verib.

APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Hörmətli cənab prezident, Florida ştatının Orlando şəhərində törədilmiş amansız terror aktı nəticəsində insanların həlak olması və yaralanması xəbəri məni son dərəcədə sarsıtdı. Bu gün bütün dünya terrorizm kimi dəhşətli bir bəla ilə üzləşib. Belə bir vəziyyət qüvvələrin hamılıqla səfərbər olunmasını və terrorizmə qarşı qətiyyətlə mübarizə aparılmasını tələb edir. Azərbaycan terrorizmdən əziyyət çəkən ölkə kimi daim terrorizmi pisləyir və terrorizmə qarşı mübarizəni dəstəkləyir.

Bu ağır anlarda kədərinizi bölüşür, sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Amerika xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram”.
Şərhlər
Siyasət bölməsinin xəbərləri