Son 3 ildə orta məktəblərdə buraxılış imtahanlarının nəticələrində yüksəlmə var

Son 3 ildə Azərbaycanın ümumtəhsil məktəblərində buraxılış imtahanlarının nəticələri yüksəlib.


Trend-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında təhsil naziri Mikayıl Cabbarov bildirib.


Nazir qeyd edib ki, Dövlət İmtahan Mərkəzi hər il orta məktəblərdə buraxılış imtahanlarının nəticələrini təhlil edir: "Bu il hələlik nəticələr müəyyənləşməyib. Amma son 3 ildə Azərbaycanın ümumtəhsil məktəblərində 9-cu sinif buraxılışı üzrə nəticələr 14 faiz yüksəlib. Bu da kifayət qədər yüksək dinamikanın göstəricisidir".
Şərhlər
Sosial bölməsinin xəbərləri