UEFA Rusiya qarşısında şərt qoyub
- 14.06.2016, 18:31,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
UEFA Fransada keçirilən “Avro 2016” futbol çempionatında Rusiya-İngiltərə oyunundan sonra rusiyalı azarkeşlərin qanuna zidd əməlləri ilə bağlı qərarını açıqlayıb.
APA-nın xəbərinə görə, Rusiya yığması 150 min avro cərimələnərək şərti olaraq turnirdən kənarlaşdırılıb.
Şərti cəza o anlama gəlir ki, əgər çempionat ərzində bir daha belə hal təkrarlanarsa, Rusiya yığması “Avro 2016”dan uzaqlaşdırılacaq.
Qeyd edək ki, İngiltərə ilə Rusiya arasında 1-1 nəticələnən matçdan sonra ingilis və rus azarkeşlər arasında kütləvi dava-dalaş baş verib. Bundan başqa, Marsel şəhərində baş verən toqquşmalarda ağır yaralananlar olub.