Azərbaycanın dövlət telekanalları iyuldan etibarən "Azerspace-1" ilə yayımlanacaqlar

Azərbaycanın dövlət telekanalları iyuldan etibarən "Azerspace-1" ilə yayımlanacaqlar övlət telekanalları ("AzTV", "İdman Azərbaycan" və "Mədəniyyət") iyul ayından etibarən Azərbaycanın "Azerspace/Africasat-1a" peyki ilə yayımlanacaqlar. Bu barədə çərşənbə axşamı Trend-ə layihəyə yaxın mənbə deyib.


Hazırda bu telekanalların yayımı "Azerspace/Africasat-1a" peyki vasitəsilə test rejimində həyata keçirilir.


Mənbə bildirib ki, Azərbaycanın digər telekanalları ilə müavilənin imzalanmasına dair danışıqlar davam edir və ilkin olaraq onların "Azerspace/Africasat-1a" peyki ilə yayımı yaxın iki ay ərzində təşkil ediləcək.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri