Ağstafada avtomobil iki piyadanı vurub öldürüb

Ağstafada iki piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

APA-nınverdiyinə görə hadisə Ağstafa şəhəri ərazisində qeydə alınıb. “Mercedes” markalı avtomobil iki piyadanmı vurub. Piyadalar hadisə yerində ölüb.

Onlardan biri Biləsuvar rayon sakini, 1979-cu il təvəllüdlü Elnur Dövlətov, digəri isə Goranboyun Qızılhacılı kənd sakini, Cəlal Abbasovdur.

Faktla bağlı Ağstafa rayon Polsi Şöbəsində araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri