Top-modellər Bella Hadid və İrina Şeyk Bakıya gələ bilər

Top-modellər Bella Hadid və İrina Şeyk Bakıya gələ bilər 17-19 iyun tarixində Bakıda "Formula-1 Avropa Qran-Pri" yarışları keçiriləcək.


Live.az Qafqazinfo-ya istinadən xəbər verir ki, üç gün davam edəcək yarış dövründə "Billionaire Club"da "Grisogono", "GRaff" və "Chopard" kimi zərgərlik brendləri ilə birlikdə heyrətamiz partilər keçiriləcək. Bu barədə "Nargis" jurnalı məlumat yayıb.


"Qara brilyantlar kralı" kimi tanınan, "Grisogono" brendinin əsasını qoyan məşhur dizayner Favaz Qruoizi Bakıya 19 yaşlı amerikalı model, milyoner Bella Hadidlə gələcək.


Qruoizi Byanka Balti, İrina Şeyk, Naomi Kembell, Şeron Stoun, Ornella Muti, İzabella Acani kimi məşhur ulduzlarla dostluq edir və onlar həmişə Favazın təşkil etdiyi partilərin göz bəbəyi olurlar.


Gecənin ikinci məşhur qonağı "Chopard Red Carpet"in zərgərlik evinin direktoru Karolina Şoyfel olacaq. O da Bakıya tək gəlməyəcək. "Billionaire Club"u ziyarət edəcək modellər sırasında Petra Nemkova və Yeva Qerçiqova da var. Hər iki top-model Karolina Şoyfellə dostluğu ilə məşhurdur.


Lana del Reylə Marion Kotiyarın partidə iştirak edib-etməməsi isə sual altındadır.


Və nəhayət, gecənin üçüncü siması "GRaff" zərgərlik brendidir. Şeron Stoun, Qvinet Peltrou və Madonna kimi dünya ulduzlarının sevimli brendi olan "Graff" da partiyə məşhur qonaqları gətirəcək.


"İtalizian Group" şirkətinin mətbuat xidmətindən onların gəlişinin istisna olmadığı qeyd olunub.


Top-modellər Bella Hadid və İrina Şeyk Bakıya gələ bilər
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri