Iş adamı qətlə yetirilib
- 16.06.2016, 12:09,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Xaçmaz rayonunda qətl hadisəsi baş verib.
Live.Az APA-ya istinadən xəbər verir ki, Xaçmaz şəhər Mirzə Fətəli Axundov küçəsində yaşayan 1963-cü il təvəllüdlü Məmmədov İlqar Rüstəm oğlu yaşadığı evdə qətlə yetirilib.
Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları çalışır.
İ.Məmmədov ticarət mallarının topdansatışı ilə məşğul olub.
Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.