Bakıdan Naxçıvana uçan sərnişin təyyarəsi yerə enməyə məcbur olub.
ANS TV-nin məlumatına görə, bu gün saat 14:50-də Bakıdan havaya qalxan təyyarə pis hava şəraitinə görə Naxçıvanda yerə enə bilmədi. Təyyarə Bakıya geri qayıtmalı olub. Buna səbəb ildırım çaxması olub.
AZAL-ın mətbuat xidmətinin başçısı Paşa Kəsəmənski bildirib ki, sərnişinlər Naxçıvana hava şəraitindən asılı olaraq yola salınacaq.