Çaydan keçən sakini sel aparıb

Gədəbəyə güclü dolu və leysan yağıb.

APA-nın verdiyi məlumata görə, ötən gün saat 18 radələrindən başlayaraq təxminən bir saat yarım ərzində rayonun Şınıx ərazisində olan bir neçə kənddə güclü leysan və dolu yağıb. Yağıntı nəticəsində ərazidə olan Dəyirmançayda suyun səviyyəsi artıb.

Rayonun Düzrəsullu kənd sakini, 1984-cü il təvəllüdlü Osman Rzayev at ilə meşədən qayıdan zaman çayı keçmək istəyərkən sel onu aparıb. Onun meyiti keçdiyi ərazidən 3 kilometr aralıda tapılaraq ailəsinə təhvil verilib.

Məlumata görə, mərhum evli olub, iki övladı var.

Güclü yağış və dolunun kənd yollarına və əkin sahələrinə ziyan vurduğu bildirilir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri