Paytaxt Bakıda "Formula-1" üzrə birinci test yürüşü başa çatıb.
Nəticələrə, əsasən, ilk beşlik belədir:
1. Luis Hemilton - "Mercedes AMG Petronas F1 Team"
2. N. Roseberg - "Mercedes AMG Petronas F1 Team"
3. V.Bottas - "Üilliams Martini Racing"
4. F.Alonso - "McLaren Honda"
5. S.Vettel - "Scuderia Ferrari"
***
Saat 11-də Bakıda Formula-1 Avropa Qran-prisinə start verilib.
Live.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Avropa Qran-prisinə dəstək olaraq, GP2 seriyasının 12-ci mövsümünün növbəti mərhələsi Bakıda başlayıb.
Bu seriya ən güclülərdən hesab olunur və bir çox sürücülərin Formula-1-də debütü üçün son mərhələ kimi hesab olunur. Builki pelotonun tərkibində çıxış edən Niko Rosberq və Luis Hamilton daxil olmaqla 9 pilot GP2 seriyasında çıxış edib və bəziləri çempion olub.
Gənc və istedadlı sürücülərin idarə etdiyi GP2 seriyası maşının görünüşü Formula-1 bolidini xatırlatsa da, ancaq ətraflı baxışdan sonra böyük fərqin olduğu ortaya çıxır. GP2 bolidləri kiçikdir və antiqanadlar, ümumi aerodinamik elementlər daha sadə görünür. Amma bu maşınları qiymətləndirməmək olmaz. Onlar saatda 100 kilometr sürəti cəmi 2,9 saniyəyə yığmağa imkan verən və gücü 650 at qüvvəsi olan 8 silindrli motorla təchiz edilib. Ayrıca motorlardan çıxan səsi qeyd etmək lazımdır. Start düzlüyündəki 20 bolidin səsi ətraf ərazidəki bütün səs-küyü boğmağa qadirdir.
Eyni zamanda, onu da qeyd etmək lazımdır ki, GP2 monoseriyadır. Yəni, bütün komanda və sürücülərin bolidləri eynidir, ancaq sazlamalar hər bir komanda tərəfindən ayrıca həyata keçirilir. Bu prinsip seriyanın yarışlarını daha da həyəcanlı edir.
2016-cı ilin təqvimi 11 yarışdan ibarətdir və hamısı Formula-1 həftəsonu çərçivəsində keçirilir. Mövsüm İspaniyanın Barselona trekində start alır və Abu-Dabidə yekunlaşır. GP2 seriyasının üçüncü mərhələsi Avropa Qran-prisinin dəstək yarışı kimi Bakı Şəhər Halqasında keçirilir.
Çempionatda hər birində 2 sürücü olmaqla 12 kollektiv təmsil olunur. Bu il pelotonun tərkibi çox güclü və istedadlı pilotlardan ibarətdir. Pyer Qasli (Red Bull-un gənc pilotlar proqramının iştirakçısı), Aleks Linn (Wiliams komandasının Formula 1-də inkişaf üzrə pilotu), Serqey Sirotkin (Renault komandasının Formula 1-də test pilotu), təcrübəli Mitç Evans və Artyom Markelov və başqaları. Bu il titul uğrunda mübarizə heç zaman olmadığı kimi gərgin keçir.
GP2 seriyasının ilk mərhələsi 45 dəqiqəlik sərbəst yürüşlərlə başlayır. Daha sonra 30 dəqiqəlik sıralanma turu keçirilir və nəticəsindən asılı olaraq iyunun 18-də keçirilən ilk yarışın start düzlüyü müəyyənləşəcək. (yarış 60 dəqiqə və ya 170 kilometr davam edir). İlk yarışın nəticəsinə əsasən sürücülər 25, 18, 15, 12, 10, 8, 6, 4, 2, 1 xal qazanırlar.
İyunun 19-da isə ikinci yarış baş tutacaq və start düzlüyü aşağıdakı qaydaya uyğun olaraq müəyyənləşəcək. Bir gün əvvəl keçirilən yarışda 1-ci yerdən 8-ci pilləyədək yer alan sürücülər tam əks qaydada start alırlar, digərləri isə birinci yarışın nəticələrinə uyğun olaraq start alırlar. Xal sistemi ikinci yarışda da fərqlənir - xalları ilk 8 pilot alır: 15, 12, 10, 8, 6, 4, 2, 1. Yarışın vaxtı 45 dəqiqəyə və ya 120 km-ə qədər endirilir.
Bundan əlavə, poul qazanan pilot əlavə olaraq 4 xal, hər iki yarışda sürətli dövrə göstərən pilotlar isə 2 xal qazanırlar.