Gəncədə avtobusdan düşən 5 yaşlı uşağı maşın vurub

Gəncə şəhərində azyaşlının xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın xəbərinə görə, hadisə şəhərin 5-ci mikrorayonu ərazisində qeydə alınıb. Həmin ərazidə yaşayan 2011-ci il təvəllüdlü Yusif Səməd oğlu Məmmədov anası ilə birgə mikroavtobusdan düşərkən sürətlə gələn avtomobil tərəfindən vurulub. Uşaq Gəncə şəhər Təcili və təxirəsalınmaz yardım Xəstəxanasına yerləşdirilib.

Kəllə-beyin travması alan azyaşlının vəziyyəti orta-ağır qiymətləndirilir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri