"Formula-1": GP2 seriyasında sıralama yürüşü başa çatıb
- 17.06.2016, 22:32,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
GP2 seriyasının 12-ci mövsümünün Bakı mərhələsinin sıralama yürüşü başa çatıb.
Sbah baş tutacaq ilk yarışda start xəttində pilotların ardıcıllığına aydınlıq gəlib.
Starta ən yaxın mövqedə "Prema Racing" komandasının pilotu Antonio Covinatsi çıxacaq. O, 1 dövrəni 1:51.752 dəqiqəyə qət edib. Covinatsini ART komandasının üzvü Nobuxara Matsişuta (1:51.841) izləyəcək. İlk "üçlüy"ün sonuncusu isə onun komanda yoldaşı Sergey Sirotkin (1:52.532) olacaq.
İyunun 18-da saat 12:00-da başlayacaq I yürüşdə pilotların sıralaması aşağıdakı kimi olacaq:
1. 20 Antonio Covinatsi - "Prema Racing"
2. 1 Nobuxara Matsişuta – ART
3. 2 Sergey Sirotkin – ART
4. 9 Rafael Marçello - "Russian Time"
5. 15 Luka Qyotto - "Trident"
6. 22 Olivyer Roulend - "MP Motorsport"
7. 19 Marvin Kirxgover - "Karlin"
8. 21 Pyer Qasli - "Prema Racing"
9. 3 Norman Nato - "Racing Engineering"
10. 18 Serxio Kanamasas - "Karlin"
11. 4 Cordan Kinq - "Racing Engineering"
12. 10 Artyom Markelov - "Russian Time"
13. 5 Aleks Linn – DAMS
14. 6 Nikolya Latifi – DAMS
15. 7 Mitç Evans - "Pertamina Campos Racing"
16. 12 Artur Pik - "Rapax"
17. 23 Daniel de Yonq - "MP Motorsport"
18. 25 Cimmi Eriksson - "Arden International"
19. 11 Qustav Malya - "Rapax"
20. 8 Şon Gelael - "Pertamina Campos Racing"
21. 24 Nabil Jefri - "Arden International"
22. 14 Filo Pas Armand - "Trident"