Hamilton Bakı şəhər trasında Rosberqin rekordunu təzələdi
- 18.06.2016, 00:08,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Mercedes" pilotu Luis Hamilton "Formula 1" Avropa Qran Prisi mərhələsində Bakı şəhər trasında II sərbəst yürüşlərdə komanda yoldaşı Niko Rosberqin rekordunu təzələyib.
Trend-in məlumatına görə, onun nəticəsi 1:44.223-dir.
Sonrakı nəticələri, müvafiq olaraq, "Mercedes" komandasının digər pilotu Niko Rosberq (+0.690) və "Williams" komandasından Valtteri Bottas (+1.113) göstəriblər.
Qeyd edək ki, bu gün Bakıda “Formula 1” üzrə dünya çempionatının 8-ci – Avropa Qran Prisi yarışlarına start verilib.
Hər biri iki pilotla təmsil olunan 11 komandanın birincilik uğrunda mübarizə aparacağı yarış trekinin uzunluğu 6 kilometrdir. Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları – Luis Hamilton, Fernando Alonso, Niko Rosberq, Sebastian Fettel, Valtteri Bottas və digərləri yarışacaqlar. Layihənin müəllifi bütün müasir “Formula 1” treklərinin memarı olan Herman Tilkedir.
Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Yarışın start və finiş xətti Azadlıq meydanında olacaq. Burada, həmçinin “Paddok klub”, komandaların boksları və pit-leyn qurulub.