S&P Azərbaycanın daha bir şirkətinə reytinq verib

S&P Azərbaycanın daha bir şirkətinə reytinq verib "Standard & Poor's" kredit reytinqləri xidməti Azərbaycanın "Baghlan Group FZCO" şaxələndirilmiş şirkətinə uzunmüddətli "B" kredit reytinqi verib. Reytinqlərin dəyişmə pronozu "Sabit"dir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "Standard & Poor's"un yaydığı məlumatda deyilir.


Məlumatda deyilir: "Reytinq "Baghlan" şirkətinin biznes risklərini "zəif", maliyyə riski profilini isə "aqressiv" kimi qiymətləndirməyimizi əks etdirir".


Məlumata görə, ötən il "Baghlan" şirkətinin korrektə edilmiş EBITDA göstəricisi 144 milyon manat (təqribən 137 milyon avro) təşkil edib. Şirkət bazarın beş əsas sahəsində işləyir: yükdaşıma, sərnişindaşıma, tikinti, avadanlıq ticarəti, neft-qaz sektoru.


"Standard & Poor's"un qənaətincə, reytinqin perspektivdə qısa və ortamüddətliyə yüksəldilməsi ehtimalı böyük deyil ki, bu da şirkətin kiçik həcmləri və onun biznesinin yüksək səviyyəli dəyişkənliyi ilə şərtlənib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri