Günay Ibrahimli: Türkiyəyə işlə bağlı səfər etmişdim
- 19.06.2016, 14:58,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Müğənni Günay İbrahimli istirahətdən qayıdıb.
Live.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ifaçı əslində, Türkiyəyə iş üçün səfər etdiyini bildirib.
G.İbrahimli istirahətə tək getmədiyini qeyd edib:
"Türkiyəyə işlə bağlı səfər etmişdim. Yarımçıq mahnım var idi, özüm getməyə məcbur oldum. Musiqisi Hacı Nazimə, sözləri isə Azər Şirinə məxsus mahnının adı "Qətran" adlanır. Caner Tepecik aranjman etmişdi, ancaq musiqi parçasında uyğunsuzluq var idi.
Türkiyəyə getmişkən istirahət etdim. Həm ziyarət, həm də ticarət... İstirahətə tək getməmişdim. Dostlarım Elnarə Bəkirova və köməkçim Sevinclə bir arada idik. Orada başqa azərbaycanlı dostlarla da görüşdük. Onu deyə bilərəm ki, yeni layihəm üçün xeyli paltar aldım, ürəyim istəyən kimi istirahət etdim".