“Formula-1”: Bakida qalib Niko Rosberq olub

“Formula-1”: Bakida qalib Niko Rosberq olubBakıda keçirilən “Formula-1” üzrə Avropa Qran-prisi başa çatıb.

11 komandadan 22 pilotun qatıldığı 8-ci mərhələ əsas yarışla yekunlaşıb.

Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanın canlı izlədiyi Avropa Qran-prisinin qalibi “Mercedes” komandasından Niko Rosberq olub. O, 51 dövrədən ən tezini 1:47,023 dəqiqəyə daha sürətli keçib. İkinci yeri isə ”Ferrari” komandasından Sebastian Fettel ( 1:48, 921) tutub. İlk üçlüyü isə "Force İndia"dan Serxio Peres qapayıb. Onun nəticəsi 1:48,269 dəqiqə olub. S. Peresin cəriməsi olduğu üçün o, 3-cü olub.

Mükafatçılara kuboku prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva, Avtomobil İdmanı Federasiyasının prezidenti İlqar Ələkbərov və gənclər və idman naziri Azad Rəhimov təqdim ediblər.


****


Formula-1” üzrə Avropa Qran-prisinin rəsmi açılış mərasimi başa çatıb.

Saat 17:00-da “Formula-1” üzrə Avropa Qran-prisi başlayıb

Yarışda birincilik uğrunda 22 pilot mübarizə aparır. İyunun 18-də keçirilən sıralama yürüşünün nəticəsinə əsasən start xəttinə ən yaxın "Mercedes"in pilotu Niko Rosberq dayanıb. Odan sonar isə "Force İndia"dan Serxio Peres və "Red Bull Racing"dən Daniel Rikkardo yer alıb.

Ümumi sıralamanı təqdim edirik:

1. 6 Niko Rosberq - "Mercedes"
2. 11 Serxio Peres - "Force İndia"
3. 3 Daniel Rikkardo - "Red Bull Racing"
4. 5 Sebastian Fettel - "Ferrari"
5. 7 Kimi Raykonnen - "Ferrari"
6. 19 Felipe Massa - "Uilyams"
7. 26 Daniil Kvyat - "Red Bull Racing"
8. 77 Valtteri Bottas - "Uilyams"
9. 33 Maks Ferstappen - "Toro Rosso"
10. 44 Lüis Hamilton - "Mercedes"
11. 8 Roman Qrojan - "Haas"
12. 27 Niko Hülkenberq - "Force İndia"
13. 55 Karlos Saynts - "Toro Rosso"
14. 14 Fernando Alonso - "McLaren"
15. 21 Estabean Qutyerres - "Haas"
16. 12 Felipe Nasr - "Sauber"
17. 88 Rio Haryanto - "Manor"
18. 94 Paskal Verlyayn - "Manor"
19. 22 Censon Batton - "McLaren"
20. 9 Markus Erikson - "Sauber"
21. 20 Kevin Maqnussen - "Renualt"
22. 30 Kolion Palmer - "Renault"



****

Şərhlər
İdman bölməsinin xəbərləri