Manat Azərbaycanın əksər ticarət tərəfdaşlarının milli valyutasına nisbətən kəskin ucuzlaşıb
- 20.06.2016, 10:42,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
AMB-dən APA-ya verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dollar manata qarşı 0,2% bahalaşaraq 1,5210 manat təşkil edib.
Avro da manata qarşı möhkəmlənib. Avrozonanın vahid valyutası manata nisbətən 1,4% bahalaşaraq 1,7307 manata çatıb.
Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olan Rusiyanın milli valyutası rubl manata nisbətən 1,7% möhkəmlənərək 0,0235 manat olub.
Türkiyə lirəsi də manata nisbətən bahalaşıb. Belə ki, qardaş ölkənin milli valyutası 0,9% güclənərək 0,5230 manata çatıb.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,2191 manatdır. Beləliklə, ötən günlə müqayisədə funt sterlinq manata qarşı 2,6%-lik bahalaşma nümayiş etdirib.
Gürcüstan larisi isə 0,1% ucuzlaşaraq 0,6987 manata çatıb.