Sürət yolu deyil, ömrü qısaldır!

Sürət yolu deyil, ömrü qısaldır! “Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək” Gənclər İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Sürət yolu deyil, ömrü qısaldır!” layihəsi həyata keçirilir.


Bu barədə live.az-a qurumun mətbuat katibliyi xəbərverib.


Layihə Bakı və Sumqayıt şəhərlərinsə yerli əhali, xüsusilə gənclər tərəfindən yol mədəniyyətinin təbliğ olunması və bu sahədə baş verən çatışmamazlıqların aradan qaldırılmasında onların imkanlarından istifadə edilməsini nəzərdə tutur.

Layihənin əsas məqsədi paytaxtda vətəndaşların yol təhlükəsizlik tədbirlərinə ciddi əməl etmələrini təşviq etməyə və yol mədəniyyətinin inkişaf etdirilməsinə yönəlib. Vətəndaş cəmiyyətinin mövcud olması üçün sağlam vətəndaş və təhlükəsiz mühitin olması labüddür. Bu baxımdan sözügedən layihə insanlarda sağlam mühitin formalaşmasını və təhlükəsiz həyatın aşılanmasını nəzərdə tutur.

Bu layihə yerli əhalidə vətəndaş məsuliyyətinin formalaşdırılmasına dəstək verməklə yanaşı, yol mədəniyyətinin inkişafında aktiv olmağa edilən çağırışdır.

Bakı və Sumqayıt şəhərlərində icra olunan layihə çərçivəsində yol mədəniyyətinin inkişafı və yol təhlükəsizliyi haqqında maarifləndirmə tədbirləri, ictimai aksiyalar təşkil olunur. Tədbirlərdə yerli əhali, əsasən gənclər iştirak edirlər. İştirakçılar ölkəmizdə keçirilən “Formula1” yarışlarına görə Azərbaycana gələn xeyli sayda əcnəbi qonaqların və turistlərin bizim yol mədəniyyətimizin, yollardakı qaydalara düzgün və nizamlı əməl olunmasının şahidi olduqları və bunun da ölkəmiz haqqında müsbət fikir formalaşmasında ciddi rol oynadığı haqqında məlumatlandırılıblar.

Layihə çərçivəsində yol mədəniyyətinin inkişafının təbliğatı məqsədilə velosiped yürüşləri və sosial şəbəkələrdə aksiyalar təşkil ediləcək.

Qeyd edək ki, BMT-nin 2011-2020-ci illər üzrə Qlobal Yol Təhlükəsizliyi tədbirlərində Azərbaycanın aktiv rolunun təbliğ edilməsi məqsədilə Birlik tərəfindən əlavə tədbirlərin də həyata keçirilməsi nəzərdə tutulur.
Şərhlər
Sosial bölməsinin xəbərləri