Ermənistandan Azərbaycana döyüş sursatı gətirilib
- 20.06.2016, 14:04,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Ötən il Ermənistandan Azərbaycana döyüş sursatı gətirilib.
APA-nın “Aravot” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan Dövlət gəlirləri Komitəsinin açıqlamasında deyilir.
Məlumata əsasən, söhbət Bakıda keçirilən I Avropa oyunlarında iştirak etmiş güllə atıcılığı üzrə Ermənistan yığması üçün nəzərdə tutulmuş güllələrdən gedir.
Məlumata əsasən, ümumilikdə Azərbaycana gömrük qiyməti 84,55 dollar olan 5,6 kalibrli 400 güllə gətirilib.
2014-cü ildə isə Ermənistana Azərbaycan xalçası aparılıb. Bildirilir ki, 2014-cü ilin 15 oktyabr tarixində “Matenadaran” Qədim Əlyazmalar İnstitutu tərəfindən mədəni sərvət qismində ABŞ-dan Ermənistana 3,12 kv/metr ölçülü, qiyməti 596,45 dollar olan xalça aparılıb.
1940-50-ci ilə aid olduğu deyilən xalça Azərbaycan istehsalıdır və “Şəki-Şamaxı” xalçası adlanır.