Ekkilstoun bildirib ki, “Formula-1” yarışlarının Bakıda keçirilməsi məhz onun qərarı olub.
“Burada təkcə gəlir əldə etməkdən söhbət getmir. Biz özümüz də külli miqdarda vəsait sərf edirik. Komanda və pilotların hər birinin xərclərini özümüz ödəyirik. Hesab edirəm ki, bunun ölkə üçün böyük əhəmiyyəti var. Çünki “Formula-1”-in başlamasına qədər bir çoxları Bakı haqqında heç bir məlumata malik deyildi. Əminəm ki, tanınmaq daha vacib olan amildir”.
Live.az xəbər verir ki, bu sözləri ANS TV-nin “Hesabat” verilişində Mir Şahinin suallarını cavablandıran “Formula-1” yarışlarının rəhbəri Berni Ekkilstoun bildirib.
Berni Ekkilstoun “Formula-1”-in də kifayət qədər yarışlara vəsait sərf etdiyini bildirib:
“Dəqiq bilirəm ki, biz 5 il burdayıq. Əminəm ki, 5 il bitəndən sonra bu rəqəmin üzərinə daha 5 il də əlavə olunacaq”, - deyə Ekkilstoun vurğulayıb.
O bildirib ki, “Formula-1” yarışlarının Bakıda keçirilməsi məhz onun qərarı olub.