BP: İran 2012-ci ildə 160 mlrd. kubmetr təbii qaz hasil edib

BP: İran 2012-ci ildə 160 mlrd. kubmetr təbii qaz hasil edib “İran 2012-ci ildə dünyada təbii qaz istehsal edən ölkələr sıralamasında bir pillə irəliləyərək üçüncü yerə yüksəlib”. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə bp şirkətinin 2012-ci il üçün yaydığı hesabatında qeyd olunub.



Sənəddə bildirilir ki, İran 2012-ci ildə 160.2 mlrd. kubmetr “mavi yanacaq” hasil edib: “Bu da əvvəlki illə müqayisədə 5,4% artım deməkdir. 2012-ci ildə İranın təbii qaz hasilatı dünyada hasil edilən ümumi “mavi yanacaq” hasilatının 4,8%-ni təşkil edib”. Hesabatda deyilir ki, İran 2011-ci ildə 151,5 mlrd. kubmetr təbii qaz hasil edib.



Qeyd edək ki, ABŞ 681,4 mlrd. kubmetr “mavi yanacaq” istehsalı ilə dünyanın ən böyük təbii qaz hasil edən ölkəsi olaraq birinci, Rusiya isə 592,3 mlrd. kubmetr “mavi yanacaq”la ikinci olub. Qətər, Norveç, Çin, Səudiyyə Ərəbistanı, Əlcəzair, İndoneziya və Malayziya 4-10-cu sıralarda yer alıblar.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri