Samarada partlayışlar nəticəsində yaralananların sayı 11 nəfərə çatıb, 6 minədək insan təxliyə edilib
- 19.06.2013, 02:34,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Rusiyanın Samara vilayətində silah-sursat poliqonunda baş vermiş partlayışlar nəticəsində xəstəxanalara yerləşdirilmiş yaralıların sayı 11-ə çatıb.
APA-nın verdiyi xəbərə görə, bu barədə “İTAR TASS”a Rusiya FHN-dən məlumat verilib.
Qeyd edək ki, Çapayevsk qəsəbəsində yerləşən döyüş sursatı poliqonunda ötən gün axşam saatlarında bir birinin ardınca 5 partlayış olub. Partlayışlardan sonra yanğın baş verib.
Əhalinin təhlükəli ərazidən təxliyəsi sona çatıb. FHN-nin məlumatına görə, ərazidən 6 minədək əhali təxliyə edilib.
Yanğının söndürülməsinə 600 nəfərədək canlı qüvvə və 5 xüsusi təyyarə, 2 yanğınsöndürən qatar da daxil olmaqla 140 ədəd texnika cəlb olunub.
Qeyd edək ki, partlayışlar davam edir, qəlpələrin uçuş radiusu 3-4 km təşkil edir.