Berni Ekklstoun: "Digər promouterlər Bakıdan yarışları necə keçirməyi öyrənməlidirlər"

Digər promouterlər Bakıdan yarışları necə keçirməyi öyrənməlidirlər. Trend-in "Sky Sports"a istinadən verdiyi məlumata görə, bunu "Formula One Management"in prezidenti Berni Ekklstoun deyib.

Onun sözlərinə görə, Bakı "Formula 1" yarışlarına hazırlıq üzrə fövqəladə işlər gördü: "Telereportajlarda göstərilən yarış marşrutu xüsusilə gözəl idi".

B.Ekklstoun qeyd edib ki, Bakı haradasa gizlədilən qiymətli daş kimidir: "Və biz onun haqqında bilmirdik. Üstəlik, orada möhtəşəm hava var".

Avropa Qran Prisinin promouteri Arif Rəhimov "Sky Sports"a deyib ki, hökumət Qran Prinin ölkəyə çox şey verdiyini həqiqətən anlayır: "Buna görə, həmin yarışı keçiririk və ondan imtina etmək fikrində deyilik. Ümid edirəm ki, "Formula 1" ilə uzunmüddətli əlaqələrimiz olacaq".
Şərhlər
İdman bölməsinin xəbərləri