Azərbaycan güləşçiləri Avropa çempionatının ilk günündə 3 qızıl və 1 bürünc medal qazanıb

Azərbaycan güləşçiləri Avropa çempionatının ilk günündə 3 qızıl və 1 bürünc medal qazanıb Çernoqoriyanın Bar şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı start götürüb.



Live.az-ın APA-ya istinadən verdiyi məlumata görə, ilk yarış günündə sərbəst güləş üzrə 42, 50, 58, 69 və 85 kq çəki dərəcəsində pəhləvanlar mübarizəyə qoşulub.
 


Güləşçilərimizdən 3-ü finala qədər maneəsiz irəliləyib. Məhəmmədəli Əliyev (58 kq) və Nurməhəmməd Hacıyev (85 kq) həlledici mərhələdə Türkiyə təmsilçiləri ilə, Abdulmuslim Muxuddinov (69 kq) isə erməni güləşçi ilə qarşılaşıb. 50 kq-da təmsilçimiz Mahir Əmiraslanov bürünc medal uğrunda görüşə çıxıb, rəqib Rumıniya güləşçisi olub.


 
Medal görüşünə çıxan bütün güləşçilərimiz xalça üzərindən qalib ayrılıb.


 
Beləliklə, yeniyetmələrin Avropa çempionatında ilk gün sərbəst güləşçilərimiz 3 qızıl və 1 bürünc medal qazanıb.


 
Qeyd edək ki, çempionatın ikinci günündə Fazil Həsənov (46 kq), Vurğun Əliyev (54 kq), Teymur Məmmədov (63 kq), Şamil Sadullayev (76 kq) və İqbal Hacızadə (100 kq) mübarizəyə qoşulacaq.
Şərhlər
İdman bölməsinin xəbərləri