Qazaxda qətlə yetirilən qadının kimliyi məlum olub
- 23.06.2016, 23:31,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Qazaxda qətlə yetirilən qadının kimliyi məlum olub.
Qazax rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə Qazax rayonun Xanlıqlar kəndi ərazisində tapılan meyitin Gürcüstan respublikası vətəndaşı 1997-ci il təvəllüdlü Elmira Tanrıverdiyevaya məxsus olduğu müəyyən edilib. Onun Qazax rayon sakini 1987-ci il təvəllüdlü Eldəniz Babayev tərəfindən qətlə yetirildiyi məlum olub.
E. Babayev Bakı şəhərində saxlanılıb.
Faktla bağlı Qazax rayon prokurorluğunda cinayət işi başlanıb, istintaq davam etdirilir.