Həkimin xəstənin sağlam ayağını kəsməsi ilə bağlı SN-də komissiya yaradılaraq araşdırmalara başlanılıb
- 24.06.2016, 17:20,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Səhiyyə Nazirliyi Azərbaycanda həkimin sol ayağının kəsilməsi barədə diaqnoz qoyduğu xəstənin sağ ayağını kəsməsi barədə yayılan xəbərlərə münasibət bildirib.
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, hazırda Səhiyyə Nazirliyində məsələ ilə əlaqədar xüsusi komissiya yaradılıb və araşdırmalara başlanılıb. Eyni zamanda, məsələ hüquq-mühafizə orqanı tərəfindən də araşdırılır. Həm Səhiyyə Nazirliyi Tibbi Ekspertizanın, həm də hüquq-mühafizə orqanının nəticələri toplandıqdan sonra ictimaiyyətə açıqlama veriləcək.
Qeyd edək ki, yayılan xəbərlərə əsasən, şəkərli diabet xəstəsi olan Tərlan Əliyevaya sol ayağının kəsilməli olduğu barədə diaqnoz qoyulub və o, bu gün Səhiyyə Nazirliyi Angioloji və Mikrocərrahiyyə Mərkəzində əməliyyat edilib. Lakin əməliyyatdan çıxan 82 yaşlı qadını görən yaxınları gözlərinə inanmayıblar. Belə ki, yaşlı qadının iltihablı olan sol ayağı əvəzinə sağlam olan sağ ayağı kəsilib.