Azərbaycan millisinin futbolçusu “Orduspor”a transfer olunub
- 19.06.2013, 14:54,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan milli komandasının futbolçusu Branimir Subaşiçin karyerasını Türkiyədə davam etdirəcəyi dəqiqləşib. APA-nın məlumatına görə, “Orduspor” 31 yaşlı milliləşdirilən serbiyalı hücumçunun transfer etdiyini rəsmən açıqlayıb.
Belə ki, I liqaya düşən komanda Subaşiçlə 2, 2007/08 mövsümündə heyətində çıxış etmiş Əmrə Aygünlə 1 illik müqavilə imzalayıb. Branimir “Orduspor” iyulun 2-də təlim-məşq toplanışına başladığı zamanı komandanın düşərgəsində olacaq.
Qeyd edək ki, Subaşiç 2005-ci ildən oynadığı ölkəmizdə “Neftçi”, “Qəbələ”, “Xəzər Lənkəran” və “Qarabağ”da forma geyinib.