Gənc aktrisa Pərvin Abiyeva sosial şəbəkədə onu tənqid və təhqir edənlərə sərt şəkildə cavab verib.
“Bəzən bu ölkədə yaşayan bəzi səviyyəsizlərin ucbatından öz ölkəmdə doğulub, yaşadığıma nifrət edirəm. Vaxtı ikən böyük sənətkarımızın sağlığında bu səviyyəsiz şəkli düzəldib yaydınız, səsimi çıxarmadım. Amma indi insafınız, şərəfiniz, ləyaqətiniz olsun. Bu xanım rəhmətə gedib və artıq onun evi var. Ayıbdır, özünüzə, mənə hörmət etmirsiniz, heç olmasa, Nuriyyə xanımın ölüsünə hörmət edin.
Kimə nə mənim “Porsche”nim var və necə almışam?! Mən sizdən soruşuram, nə işlə məşğulsunuz? Necə pul qazanırsınız? Nə sürürsünüz? Bu xanım mənim çox hörmət etdiyim, filmlərindən bəhrələndiyim bir aktrisadır və hər zaman da bəhrələnəcəm. Amma bu, o demək deyil ki, elə o vaxtdan indiyədək evsiz olub, pul qazanmayıb. Nə bilmək olar, o cavan vaxtlarında sənəti ilə nə qədər pul qazanıb və itirib.
Bəlkə mən də o yaşıma çatanda, evsiz qalacağam, küçədə yaşayacağam. Onda da yeni sənətə gələn hansısa gənc, imkanlı xanımla məni müqayisə edəcəksiniz? Mən belə insanlardan iyrənirəm. Bu şəkili gündəmə gətirməklə, reytinq qazanıb, özünüz kimi səviyyəsizlərin diqqətini cəlb edib, gic-gic şərh yazanların fikri ilə məni hörmətdən sala bilməyəcəksiniz. Məni yetərincə sevənlər var və hər kəs məni sevmək məcburiyyətində deyil.
Bu şəkilin altında elə səviyyəsiz şərhlər yazıblar ki, elə bil mən fahişəlik edib bu maşını alanda, hamısı mənimlə birlikdə olublar. Necə də əminliklə danışırlar... Bəsdirin, boş-bekar gəzdiniz “Instagram”da, “Fecebook”da süləndiniz. İş tapıb işləyin. Siz də nəinki “Porsche”yə, bundan da artığına sahib olun. İnsan gərək həyatda hər zaman məqsədlə yaşasın, kiməsə paxıllıq edərək, arxasınca danışaraq yox! Hər necə almışam, yaxşı eləmişəm.
Yaxşı ki, sağlığında Nuriyyə xanım bu şəkili və müqayisəni görməyib. Kimisə qınamadan öncə, hər kəs öz həyatına nəzər salsın. Allahım, şükür olsun ki, mənə nə kin, nə nifrət, nə paxıllıq, nə qeybət hissini nəsib etmədin”.