Azərbaycanda son 5 ildə 3 milyondan artıq ağac və kol bitkiləri əkilib

Azərbaycanda son 5 ildə 3 milyondan artıq ağac və kol bitkiləri əkilib Son 5 ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 2,8 min hektar ərazidə 3 milyondan artıq ağac və kol bitkiləri əkilib. APA-nın xəbərinə görə, bunu Bakıda keçirilən Ombudsmanların XI Bakı Beynəlxalq Konfransının ikinci günündə ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev deyib.



O qeyd edib ki, Abşeron yarımadasında çirklənmiş torpaqlarının təmizlənməsi istiqamətində də müvafiq işlər görülüb. Nazir müavininin sözlərinə görə, köhnə neft mədənlərinin ərazisində 1200 hektardan artıq neftlə çirklənmiş torpaq rekultivasiya olunub və hazırda ərazidə abadlaşdırma işləri aparılır: “Bundan başqa, Sumqayıt şəhərinin ətraf mühitinin ciddi çirklənməsinə səbəb olan və fəaliyyəti dayandırılmış Səthi Aktiv Maddələr Zavodundan 95,7 min kubmetr civə tərkibli toksiki və digər sənaye tullantıları şəhər yaxınlığında yaradılmış təhlükəli tullantılar poliqonuna daşınıb. Ötən ilin sonunadək həmin ərazidə ümumilikdə 121 min kubmetr ərazinin zərərsizləşdirilməsi təmin edilib, torpaq örtüyü təmizlənib”.
Şərhlər
Sosial bölməsinin xəbərləri