ARDNF: Ucuz neft və AMB-nin çoxmilyardlı intervensiyaları strateji valyuta ehtiyatlarını 24% azaldıb

ARDNF: Ucuz neft və AMB-nin çoxmilyardlı intervensiyaları strateji valyuta ehtiyatlarını 24% azaldıb 2015-ci ildə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) və Mərkəzi Bankın (AMB) strateji valyuta ehtiyatları 38 mlrd. 590,8 mln. dollar səviyyəsində olub.

APA ARDNF-in 2015-ci ildə fəaliyyəti haqqında hesabatına istinadən xəbər verir ki, il ərzində strateji valyuta ehtiyatlarında 12 mlrd. 271,6 mln. dollar həcmində və ya 24,1% azalma müşahidə edilib. "Bu azalma enən neft qiymətlərinin Azərbaycan manatının məzənnəsinə mənfi təsirlərinin qarşısını almağa çalışan AMB-nin çoxmilyardlı valyuta intervensiyaları ilə bağlı olub", - deyə hesabatda bildirilir.

Ehtiyatların 87%-i və ya 33,57 mlrd. dolları ARDNF-nin, qalan 13%-i və ya 5,03 mlrd. dolları AMB-nin vəsaitlərinin payına düşüb.

Hesabat ilində ARDNF-nin valyuta ehtiyatları dollar ifadəsi ilə 9,5% və ya 3,53 mlrd. dollar həcmində azalaraq, ilin sonuna 33,57 milyard dollar təşkil edib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri