Rəqsanə “Nişan baş tutdu ki, pozulsun?”

Rəqsanə  “Nişan baş tutdu ki, pozulsun?” Müğənni Rəqsanə İsmayılova qızı Aysunun sevgilisindən ayrılmağı barədə yayılan xəbərlərə münasibət bildirib.


Live.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, ifaçı şayiələrə aydınlıq gətirərək Aysun və sevgilisi Alinin işləri ilə əlaqədar Bakıya gələ bilmədiyi, bu səbəbdən nişanın reallaşmadığını söyləyib:

“Mənim övladımın nişan mərasimi baş tutdu ki, pozulsunda? Ayıbdır, işin əslini bilmədən, araşdırmadan necə belə xəbərlər yaza bilirsiz?! Mən açıqlamamda demişdim ki, əlbəttə övladımın xoş gününü gizlətməyəcəyəm. Ola bilsin Aysunun nişanını da Yağmurun doğum günü ilə bir vaxta saldıq, amma hələ dəqiq deyil. Aysun və Ali Türkiyədəki işləri ilə əlaqədar ayın 28-i Bakıya gələ bilmədilər və biz nişan tarixini dəyişməyə qərar verdik.

Reytinq xatirinə də öyrənmədən xəbər yazmaq olmaz, özü də bu müqəddəs ayda.... Qələminə hörmət etdiyim jurnalistlərə zamanı gəldikdə mətbuat katibim nişan haqqında məlumat verəcək. O vaxta qədər öyrənmədən, araşdırmadan övladımın gələcəyi ilə bağlı absurd xəbərlər yazıb, onun adını hallandırmayın”.

Xatırladaq ki, müğənninin gələcək kürəkəni Ali Tanrıkulu da öz şəxsi instagram hesabında yayılan xəbərin yalan olduğunu bildirib.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri