Almanların Azərbaycanda məskunlaşmasının 200 illiyi UNESCO çərçivəsində qeyd ediləcək

"Alman mədəniyyətinin Azərbaycanda bərpası ilə bağlı Almaniya Xarici İşlər Nazirliyinə məktub ünvanlamışıq".

APA-nın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmatr Məmmədyarov almaniyalı həmkarı, ATƏT-in fəaliyyətdə olan sədri Frank Valter Ştaynmayerlə görüşdən sonra keçirilən birgə mətbuat konfrasında deyib.

Nazir almanların Azərbaycanda ilk dəfə 1817-ci ildə məskunlaşdıqlarını bildirib.

"Onlar hazırda da Azərbaycanın bəzi bölgələrində yaşayırlar. Gədəbəydə "Siemens muzeyi"nin bərpası barədə təklif var. Həmçinin təklif etmişik ki, Göygöldə almanlara məxsus ev muzeyi bərpa olunsun. Almaniya XİN-ə göndərdiyimiz məktubda müxtəlif məsələlər əksini tapıb. Almanların Azərbaycanda məskunlaşmasının 200 illiyini UNESCO çərçivəsində qeyd edəcəyik", - deyə E. Məmmədyarov vurğulayıb.
Şərhlər
Siyasət bölməsinin xəbərləri