"Neftçi" Maltada inamlı qələbə qazandı
- 30.06.2016, 22:57,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün UEFA Avropa Liqasının I təsnifat mərhələsinin oyunları keçirilir.
Azərbaycanı bu turnirdə təmsil edən "Neftçi" səfərdə Maltanın "Baltsan" klubunun qonağı olub.
Oyunun 14-cü dəqiqədə Rəhman Hacıyev cərimə zərbəsini dəqiq yerinə yetirməklə hesabı açıb.
84-cü dəqiqədə isə Ruslan Qurbanov penalti zərbəsindən sonra oyunda son nöqtəni qoyub - 0:2.
Xatırladaq ki, bu mərhələdə mübarizə aparan"Kəpəz" Moldovanın "Daçiya" klubu ilə qolsuz bərabərə qalmışdı. "Qəbələ" isə Gürcüstanın "Samtredia" klubunu hal-hazırda oyunun 1-ci hissəsində 3:0 hesabı ilə məğlub edir.