"Qəbələ" Gürcüstan klubunu darmadağın etdi

"Qəbələ" Gürcüstan klubunu darmadağın etdi Bu gün UEFA Avropa Liqasının I təsnifat mərhələsinin oyunları keçirilir.

Trend-in məlumatına görə, Azərbaycanı bu turnirdə təmsil edən "Qəbələ" Gürcüstanın "Samtredia" klubunu qəbul edib.

"Qəbələ" futbolçuları, demək olar, elə ilk hissədə matçın taleyini həll ediblər. Belə ki, 16-cı dəqiqədə Stankoviç gürcüləri məyus edib. 3 dəqiqə sonra Sergey Zenyov fərqi artırıb. 30-cu dəqiqədə Teo Viks də fərqlənib - 3:0.

İkinci hissəyə "Samtredia" fəal başlayıb - 59-cu dəqiqədə Şerqelaşvili hesab arasındakı fərqi azaldıb. Lakin 69 və 72-ci dəqiqədə vurduğu qollarla T.Viks het-trik edib - 5:1.

Xatırladaq ki, bu mərhələdə mübarizə aparan "Neftçi" səfərdə Maltanın "Baltsan" klubunu 2:0 hesabı ilə məğlub edib. "Kəpəz" isə Moldovanın "Daçiya" klubu ilə qolsuz bərabərə qalmışdı.
Şərhlər
İdman bölməsinin xəbərləri