Almaniya millisi Avropa çempionatının yarımfinalına yüksəlib

Avropa çempionatının 1/4 final mərhələsinin növbəti oyunu keçirilib.

Yarımfinal uğrunda iki Avropa nəhəngi – Almaniya ilə İtaliya mübarizə aparıblar.

Matçın ilk hissəsi təhlükəli epizodların azlığı ilə diqqət çəkib. İkinci hissədə isə iki qol olub. Tərəflər hərəyə bir dəfə fərqləniblər. Məsut Özilin 65-ci dəqiqədə hesabı açmasından 13 dəqiqə sonra Bonuççi Jerom Boatenqin əllə oynadığına görə təyin olunan penalti ilə "status-kvo"nu bərpa edib. Qalan vaxtda və əlavə edilmiş yarım saatda başqa qol olmayınca 3-cü yarımfinalçını təyin etmək üçün penaltilərə müraciət olunub.

Əsas həyəcan isə bu zaman yaşanıb. Hər iki tərəfdən qeyri-dəqiqlik çox olduğu üçün 9 nəfər zərbə vurmalı olub. Yekunda isə Almaniya millisi 6:5 hesabı ilə qalib gələrək yarımfinala adlayan tərəf olub.

Avropa çempionatı
1/4 final
2 iyul

Almaniya – İtaliya - 1:1 (Pen: 6:5)
Qollar: Məsut Özil, 65 - Bonuççi, 78 (pen.)

Baş hakim: Viktor Kassai


APA
Şərhlər
İdman bölməsinin xəbərləri