Bağdadda partlayışlar nəticəsində ölənlərin sayı 80 nəfəri ötüb

Bağdadda törədilən iki ardıcıl partlayış nəticəsində ölənlərin sayı 80 nəfəri ötüb, 100 yaralı var.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu İraq Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi Saad Maan bildirib.

S. Maan paytaxtın Əl-Karrada rayonunda bazarda törədilən partlayışa görə məsuliyyəti İŞİD terror təşkilatının öz üzərinə götürdüyünü də bildirib.

***


. İraqın paytaxtında iki güclü partlayış törədilib, nəticədə 24 nəfər ölüb, 60 nəfər yaralanıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, birinci partlayış dini mərkəzin yaxınlığında törədilib. Binanın yaxınlığında minalanmış avtomobil partladılıb, nəticədə 18 nəfər ölüb, 45 nəfər isə yaralanıb.

Bir müddət sonra “Əş-Şəab” bazarı yaxınlığında ikinci partlayıcı qurğu işə salınıb, nəticədə 6 nəfər ölüb, 12 nəfər yaralanıb.

Partlayışlara görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.
Şərhlər
Dünya bölməsinin xəbərləri