Xəzərdə bir nəfər boğulub, üç nəfər xilas edilib
- 04.07.2016, 20:19,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Xəzər dənizində 1 nəfər boğulub, 3 nəfər xilas edilib.
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Dövlət Sularda Xilasetmə Xidmətinə, Bakı şəhəri Xəzər rayonunda (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 200 metr aralı) 3 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.
Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşlardan ikisi xilas edilib.
Digər 1998-ci il təvəllüdlü Camalzadə Nərmin Niyaməddin qızının cəsədi isə çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Daha bir nəfər isə Abşeron rayonunda dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşib. Xilasedicilər vətəndaşı sudan çıxarıblar.