Dolçe və Qabbana həbs qərarı verilib

Dolçe və Qabbana həbs qərarı verilib Dünyanın ən məşhur modelyerlərindən olan Dolçe və Qabbana azadlıqdan məhrum edilib. Live.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, italiyalı modelyerlər Domeniko Dolce və Stefano Qabbana vergidən yayınmaqda ittiham edilir.


Milan məhkəməsi modelyerlərin 3 milyard dollar gəlirin vergi bəyannaməsini vermədiyini açıqlayıb. Məşhurlar barəsində 1 il 8 ay müddətinə həbs qərarı verilib. Onların birlikdə qurduqları "Dolce&Gabbana" markasını vergi ödəməkdən yayınmaq məqsədilə 2004-cü ildə Lüksemburqdakı "Gado holding"ə dəyərindən ucuz satdıqları bəlli olub. Modelyerlər bu ittihamları rədd edərək, qərardan apellyasiya şikayəti verəcəklərini bildiriblər.


Qeyd edək ki, Dolce və Qabbananın müştəriləri arasında Madonna, Kayli Minoq, Keyt Moss və digər məşhur simalar var.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri