Türkiyədə helikopterin qəzaya uğraması nəticəsində azı 6 nəfər ölüb, 7 nəfər yaralanıb
- 05.07.2016, 23:03,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyənin Giresun əyalətində “S70” tipli hərbi helikopterin qəzaya uğraması nəticəsində azı 6 nəfər ölüb, 7 nəfər ağır yaralanıb.
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Giresun bələdiyyə başqanı Kərim Aksu deyib.
Məlumata görə, helikopterin göyərtəsində 15 nəfər - jandarma qüvvələrinin yüksək rütbəli zabitləri, onların həyat yoldaşları və üç uşaq olub. Helikopterdə həmçinin əyalət jandarma rəisi, general Mustafa Doğru da olub.
Ölənlərin ikisi zabit, ikisi onların həyat yoldaşı, ikisi isə uşaqdır. Məlumata görə, nümayəndə heyəti hərbi əməliyyatlarda şəhid olan hərbçilərin ailələrinə baş çəkməyə gedirmiş.
Hadisə yerinə xilasetmə qüvvələri cəlb olunub. Qeyri-sabit hava şəraitin qəzaya səbəb olduğu ehtimal edilir.
Ərazidə müşahidə olunan qatı duman və leysan yağışları xilasetmə əməliyyatının aparılmasına maneçilik törədir.
Hadisə ilə bağlı açıqlama verən Türkiyənin baş naziri Binali Yıldırım terror ehtimalının olmadığını qeyd edib. O da hadisəyə əlverişsiz hava şəraitinin səbəb olduğunu bildirib.