Kiyevin Moskva prospektinin adı dəyişdirilərək Bandera adlandırılıb

Bu gün Kiyev Şəhər Şurası paytaxtın Moskva prospektinin adının dəyişdirilərək Stepan Bandera adlandırılması ilə bağlı qərar qəbul edib.

APA-nın “112.ua” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Kiyev Şəhər Şurasının deputatı Yuri Sirotyuk öz "Facebook" səhifəsində yazıb. “Ura! Artıq Kiyevdə Stepan Bandera adına prospekt var. 97 deputatdan 87-si lehinə səs verdi. Əleyhinə səs verən olmadı. Ukraynaya eşq olsun” , - deyə o, qeyd edib.

Y. Sirotyuk Vatutin prospektinin Roman Şuxeviç prospekti adlandırılması məsələsinə baxılacağını da söyləyib.

Qeyd edək ki, Stepan Bandera Ukrayna millətçiliyinin ideoloqlarından biridir. O, 1930-40-cı illərdə fəaliyyət göstərmiş Ukrayna Millətçiləri Təşkilatının lideri olub. Faşistlər tərəfindən həbs edilib və müharibədən sonra azadlığa çıxıb. 1959-cu ildə Münhendə DTK agenti tərəfindən qətlə yetirilib. Roman Şuxeviş isə İkinci Dünya müharibəsi illərində həm faşistlərə, həm də sovet ordusuna qarşı müharibə aparmış Ukrayna Üsyançı Ordusunun komandanı olub. O, 1950-ci ilə qədər Ukraynanın müstəqlliyi uğrunda mübarizə aparıb və həmin il Ukraynada DTK əməkdaşları tərəfindən öldürülüb.
Şərhlər
Dünya bölməsinin xəbərləri