Azərbaycandakı 7 minə yaxın mədəni irs nümunəsinin 20-25 faizə yaxını pasportlaşdırılıb
- 20.06.2013, 01:15,
- Mədəniyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Azərbaycanda abidələrin pasportlaşdırılması ilə bağlı müvafiq tədbirlər görülür, ancaq deməzdim ki, bu istiqamətdəki işlər çox sürətlə gedir".
Trend-in məlumatına görə, bunu çərşənbə günü mədəniyyət və turizm naziri Əbülfəz Qarayev jurnalistlərə açıqlamasında bildirib.
O xatırladıb ki, Azərbaycanda təxminən 7 minə qədər mədəni irs nümunəsi mövcuddur və hazırda bunun 20-25 faizə yaxını pasportlaşdırılıb: "Abidələrin pasportlaşdırılması uzunmüddətli prosesdir. Ermənistan tərəfindən işğal olunan Azərbaycan ərazilərindəki mədəni irs nümunələrimiz də siyahıdadır. Torpaqlarımız geri qaytarılandan sonra onların aqibəti bəlli olacaq".